Arges Logo
Arges Logo

Biokütlə

Biokütlə ( bitki materialı) saxladığı enerji mənbəyinin günəş olmasına görə bərpa olunan enerji növüdür. Fotosintez prosesi nəticəsində bitkilər günəş enerjisini tutur. Bitki yandırıldıqda saxladıqları günəş enerjisini buraxırlar. Bu yolla biokütlə günəş enerjisinin saxlanması üçün təbii batareya rolunu oynayır. Biokütlə davamlı istehsal edildiyi, yalnız əkildiyi qədər istifadə edildiyi üçün batareya müddətsiz işləyir. Bütövlükdə enerji istehsalı üçün bitkilərdən istifadə üsuluna iki əsas yanaşma mövcuddur: bitkiləri xüsusi olaraq enerjidən istifadə məqsədilə əkmək ( birinci və üçüncü dərəcəli istehsal biokütləsi) və ya başqa məqsədlər üçün istifadə edilən bitki qalıqlarından istifadə etmək ( ikinci dərəcəli istehsal biokütləsi adlanır). İqlim şərtləri, torpaq və coğrafi şəraitdən asılı olaraq, ən qabaqcıl yanaşmalar bölgədən – bölgəyə fərqlənir.