Arges Logo
Arges Logo
Əsas səhifə / Xidmətlərimiz / Bioqaz : Peyin və / ya tullantıların Mənfəətə çevrilməsi

Bioqaz : Peyin və / ya tullantıların Mənfəətə çevrilməsi

Fermerlər üçün bu iş burada verildiyi kimidir: fermer inək və ya toyuq peyinini oksizensiz qapalı məkanda toplayır. Zaman ötdükcə, bakteriya peyini bərk tullantıdan maye tullantı halına gətirir və nəticədə metan qaz hasil olunur. Sonra metan ayrılır, toplanır və ferma yaxud evlərə elektriklə təchiz etmək üçün elektrik enerjisinə çevrilir, yaxud da yük avtomobillərini hərəkətə gətirmək üçün STQ (Sıxılmış Təbii Qaz) halına gətirilir və ya hətta bioplastik material istehsal etmək üçün istifadə olunur. Bioqaz həm də məişət və kənd təsərrüfatı tullantıları şəklində üzvi tullantılardan da alınır. Bioqaz istehsal etdikdən sonra qapalı məkanın üzərində üzvi gübrə qalır.