
Geotermal Enerji
❝Geotermal enerji Yer kürəsində hasil olunan və saxlanan termal enerjidir. Cismin temperaturunu məhz termal enerji müəyyən edir. Yer kürəsinin geothermal enerjisi planetimizin ilkin təşəkkülü ( 20%) və mineralların radioaktiv çürüməsi (80%) nəticəsidir. Yer nüvəsi ilə onun səthi arasındakı fərqdən yaranan geotermal dərəcə nüvədən yerin səthinə hərarət formasında termal enerjinin davamlı keçidinə təkan verir. Geotermal termini Yunan mənşəli olub, geo torpaq, thermos isə hərarət deməkdir. Geotermal enerji üçün istifadə olunan hərarət Yerin nüvəsinə qədər olan 4.000 mil dərinliyiə qədər saxlanıla bilir. Nüvədə temperatur 9,000 Farenheytdən yuksəkdir. Burada hərarət nüvədən ətraf süxurlara keçir. Hədsiz yüksək temperatur və təzyiq bəzi süxurların əriməsinə səbəb olur ki, bu da ümumən maqma kimi tanınmışdır. Bərk süxurdan daha yüngül olduğu üçün maqma nüvədən səthə doğru qalxır və yer səthində olan süxur və suyu bəzən 700 dərəcə Farenheytə qədər isidir Qaynar bulaqlardan çıxan geotermal enerji.❞